Pentaqon Sakit Okeanda gəmiyə zərbə endirdiyini açıqlayıbbackend

ABŞ hərbçiləri Şərqi Sakit Okeanda beynəlxalq sularda narkotik daşıyan gəmiyə zərbələr endirib.

Bu barədə Pentaqonun katibi Pit Heqset özünün X sosial media səhifəsində məlumat verib.

O qeyd edib ki, terror təşkilatına məxsus gəmiyə kinetik zərbə ABŞ prezidenti Donald Trampın göstərişi ilə həyata keçirilib.

Heqsetin sözlərinə görə, hücum nəticəsində gəmidəki iki “narkoterrorçu” öldürülüb. ABŞ hərbçilərindən xəsarət alan olmayıb.