Oktyabrın 17-dən bəri Suriya və İraqdakı Amerika hərbçiləri 66 dəfə hücuma məruz qalıb. RİA Novosti bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinqh brifinq zamanı verdiyi məlumata istinadən xəbər verir.
Sinqin sözlərinə görə, oktyabrın 17-dən bəri Suriya və İraqda Amerika hərbçilərinə və qurğularına ən azı 66 hücum edilib. 34 hücum Suriyada, 32-si İraqda baş verib. Bu hücumlar nəticəsində 62 amerikalı hərbçi yaralanıb.
Bundan əvvəl ABŞ-ın Suriyadakı Tanf hərbi bazasına İraq şiə milislərinin döyüşçüləri tərəfindən hücum edildiyi bildirilmişdi.
Mənbə: RİA Novosti

