Pentaqon Ukrayna ordusunun vəziyyətini təsvir edən məxfi materialların sosial şəbəkələrə sızması faktını araşdırır.
Bu barədə The New York Times (NYT) məlumat yayıb.
Jurnalistlərin sözlərinə görə, söhbət martın əvvəlinə aid sənədlərdən gedir. Hazırda ABŞ rəsmiləri bu məlumatı sosial şəbəkələrdən silməyə çalışsalar da, hələlik uğur əldə edə bilməyiblər.
Xüsusilə, sənədlərin birində münaqişənin martın 1-nə olan vəziyyəti, digərində isə formalaşmaqda olan 12 Ukrayna briqadası haqqında məlumatlar yer alır. Həmçinin qeyd edilir ki, belə birliklərin nə qədər tank və zirehli piyada maşınlarına ehtiyacı var.
İctimai.az

