ABŞ Müdafiə Nazirliyi Ukraynaya yardım büdcəsi çərçivəsində Amerikanın Raytheon şirkəti ilə AMRAAM orta mənzilli hava-hava raketlərinin alınması üçün 192 milyon dollarlıq müqavilə imzalayıb. Bu barədə RİA Novosti məlumat yayıb.
Pentaqon vurğulayıb ki, müqavilənin 2024-cü il noyabrın 29-na qədər tamamlanacağı gözlənilir. Bunun 2023-cü maliyyə ili çərçivəsində Ukraynaya hərbi yardım üçün ayrılan vəsaitdən ödənilməsi planlaşdırılır.
Bundan əvvəl məlum olub ki, Ramşteyn formatında Ukraynaya hərbi yardım göstərilməsi üzrə Təmas Qrupunun beşinci iclası sentyabrın 19-da Almaniyadakı Amerikanın Ramşteyn aviabazasında keçiriləcək.
Mənbə: RİA Novosti












