Pentaqon xəbərdarlıq edib ki, Ukraynaya əlavə maliyyə ayrılması Konqres tərəfindən təsdiqlənməsə, ABŞ Müdafiə Nazirliyinin Kiyevə kömək etmək imkanları dekabrın 30-da tükənəcək. Bloomberg bu barədə ABŞ müdafiə nazirinin müavini, departamentin maliyyə işlərinə cavabdeh olan Maykl Makkordun məktubuna istinadən xəbər verir.
Agentliyin məlumatına görə, dekabrın 15-də bir məmur ABŞ qanunvericilərinə bildirib ki, son 1,07 milyard dollar ABŞ-ın arsenalını artırmaq üçün yeni silahların alınmasına xərclənəcək.
Məktubda deyilir: “Bu vəsait istifadə edildikdən sonra Departament Ukraynaya hərbi yardım üçün bütün vəsaiti tükəndirəcək”.
Mənbə: Bloomberg











