Pentaqonun keçmiş müşaviri ABŞ hərbçilərinin Ukraynada olmasına qarşı çıxıbbackend

Qərbi Ukrayna ərazisində Amerika hərbçilərinin və mülki personalının olması Rusiya Federasiyası ilə ciddi münaqişəyə səbəb ola bilər. Bu barədə ABŞ Müdafiə Nazirliyinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor “Deep Dive” YouTube kanalında xəbərdarlıq edib.

O qeyd edib ki, Vaşinqton və Moskva əslində bir-biri ilə birbaşa qarşıdurma istəmir. Lakin hazırda Amerika rəhbərliyi “uçurumun kənarında gedir” və bir gün ABŞ və ya Rusiya Federasiyası səhvə yol verə bilər.

“Bizim Qara və Baltik dənizlərində problemlərimiz var, əlavə olaraq, hazırda Qərbi Ukraynada çoxlu sayda hərbi və mülki personalımız var. Bu, çox ciddi və potensial təhlükəli vəziyyətdir”, – ekspert vurğulayıb.