Pentaqonun keçmiş müşaviri ABŞ-ı Zelenskini Ukraynada sülhə məcbur etməyə çağırıbbackend

Amerika Birləşmiş Ştatları Ukrayna prezidenti Vladimir Zelenskini ölkəsinin ərazisində münaqişəni həll etməyə məcbur etməlidir.

Bunu Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor YouTube-da bildirib.

“Mən hələ də başa düşə bilmirəm ki, niyə Ukraynada heç kim Zelenskini sıradan çıxarmayıb? Yaxud ABŞ niyə sülhə məcbur etmək üçün ona təzyiq göstərmir?” – deyə keçmiş müşavir bildirib.

Makqreqorun sözlərinə görə, Vaşinqtonda bəzi fiqurlar Ukraynada münaqişəni davam etdirmək istəyirlər. Polkovnik belə bir niyyətin ABŞ-ın və guya Ukrayna demokratiyasının maraqlarının qorunması ilə izah edildiyini izah edib.