Peru hakimiyyəti prezident Pedro Kastilyonun istefasından sonra davam edən xalq etirazları ilə əlaqədar fövqəladə vəziyyətin müddətini uzatmaq qərarına gəlib.
Bu barədə İspaniyanın EFE xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Boliviya ilə sərhəddə yerləşən Puno departamentində daha 60 gün ərzində fövqəladə tədbirlər tətbiq edilir.
Hesabatda bildirilir ki, Kastilyonun 2022-ci ilin dekabrında prezidentlikdən istefa verməsindən sonra Peruda hökumət əleyhinə etirazlar başlayıb, onların iştirakçıları hazırkı dövlət başçısı Dina Boluartenin istefasını, parlamentin buraxılmasını və yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər.
Mənbə: A haber