Artıq üç mövsümdür ki, Peşəkar Futbol Liqası idman jurnalistlərinin regionlarda keçirilən oyunları işıqlandırması üçün maddi dəstək vermək, bölgələrimizdə futbola olan azarkeş marağının daha böyük auditoriyaya çatdırılmasına nail olmaq məqsədilə layihə həyata keçirir. Sevindirici haldır ki, layihə bu mövsüm də davam etdiriləcək.
İctimai.az xəbər verir ki, bu barədə PFL məlumat verib.
Layihəyə qatılmaq üçün müraciət edən media mənsubları və onların əməkdaşları ilə bağlı son qərar hüququ Peşəkar Futbol Liqasına məxsusdur.