Jurnalistlərlə keçirdiyi brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-la təmaslar barədə məlumatı şərh etməkdən imtina edib.
“Dünən dediklərimə əlavə edəcəyim heç nə yoxdur”, – Peskov yekunlaşdırıb.
O, etiraf edib ki, son vaxtlar Rusiya və ABŞ arasında ayrı-ayrı departamentlər vasitəsilə qarşılıqlı əlaqənin intensivliyi artıb. Lakin o, hər hansı təfərrüatları açıqlamaqdan imtina edib.
Fevralın 5-də Amerika prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında Moskva və Kiyevlə münaqişəyə son qoymaq yolları ilə bağlı danışıqlar apardığını bildirib. O, dialoqu “yaxşı və konstruktiv” adlandırıb.