Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə Ukraynanın “Azov” batalyonunun komandirlərinin Ankara tərəfindən təhvil verilməsinin Türkiyədə qaz qovşağının tikintisinə təsir edib-etməyəcəyini deyib.
Peskov bunun heç bir şəkildə bağlı olmadığını və Moskvanın Türkiyə ilə çoxşaxəli əlaqələri və qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığı davam etdirmək niyyətində olduğunu vurğulayıb.
Buna baxmayaraq, Moskva dialoq zamanı müvafiq dəqiqləşdirmələr alacağını gözləyir və bu vəziyyəti müxtəlif istiqamətlər üzrə növbəti razılaşmalarda nəzərə almağa davam edəcək. O vurğulayıb ki, “Azov”un Ukraynaya qaytarılması razılaşmaların pozulmasıdır.
Mənbə: Lenta.ru

