Peskov yeni regionların Moskva vaxtına keçidini izah edib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı jurnalistlərə bildirib ki, Rusiya Federasiyasının yeni regionlarının Moskva vaxtına keçirilməsinin simvolik mənası var.

Peskovun sözlərinə görə, Moskva vaxtına keçidin “ilk növbədə coğrafi” mənası var. “Və, əlbəttə, simvolizm”, – Kreml sözçüsü bildirib.

Aprelin 14-də Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının yeni regionlarının Moskva vaxtına keçirilməsini nəzərdə tutan qanunu imzalayıb.

Bu barədə rəsmi hüquqi informasiya portalında dərc olunan fərmanda deyilir.

Mənbə: RİA Novosti

İctimai.az

Oxşar xəbərlər