Peskovdan Moldova hakimiyyətinə xəbərdarlıq

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, indi Moskva ilə Kişinyov arasında münasibətlər “çox gərgindir” və onlar Dnestryanı mövzusunda danışarkən daha diqqətli olmalıdırlar.

Bu barədə Kremlin sözçüsü brifinq zamanı bildirib.

O, həmçinin Rusiya sülhməramlılarına münasibətdə daha diqqətli olmağa çağırıb. “Əlbəttə, mən moldovalı həmkarlarımıza bu cür bəyanatlarla çox və çox diqqətli olmağı tövsiyə etmək istərdim”, o deyib.

Mənbə: TASS

İctimai.az

Related Post