İran prezidenti Məsud Pezeşkian Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı deyib ki, İran hər zaman regionda sülhü hədəfləyib. Onun sözlərini Mehr xəbər agentliyi sitat gətirir.
Pezeşkian deyib: “İran heç vaxt müharibə və etibarsızlıq istəməyib. İran regionda sülh və sabitliyin bərqərar olunmasında həmişə mühüm və təsirli rol oynayıb”.