ABŞ və İsrail ilə münaqişə fonunda İran prezidenti Məsud Pezeşkian bir neçə ölkənin vasitəçilik səyləri göstərdiyini açıqladı. Bu barədə İran liderinin X sosial media səhifəsində bir paylaşım dərc edildi.
“Bəzi ölkələr vasitəçilik səylərinə başlayıblar. Aydın olaq ki, biz regionda davamlı sülhə sadiqik, eyni zamanda ölkəmizin ləyaqətini və suverenliyini sarsılmaz şəkildə müdafiə edirik. Vasitəçilik İran xalqını qiymətləndirməyib bu münaqişəni təhrik edənlərə qarşı yönəldilməlidir”, – deyə o yazıb.
Pezeşkian bu səyləri hansı ölkələrin gördüyünü və ya İranın onları qəbul edib-etmədiyini dəqiqləşdirməyib.















