Pilot Su-57 qırıcısının sirrini açıbbackend

News.Ru portalı xəbər verir ki, əməkdar hərbi pilot, istefada olan general-mayor Vladimir Popov bildirib ki, Su-57 qırıcısı radar stansiyaları üçün cəbhədə faktiki olaraq “görünməzliyə” malikdir.

O xatırladıb ki, Su-57 beşinci nəsil qırıcıdır və bu, Rusiya aviasiyasında ən çox yayılmış 4++ nəsil qırıcılarından, məsələn, Su-35-dən çox fərqlənir.

“Bəzi istiqamət bucaqlarından o, praktiki olaraq görünməyəcək və ya yalnız son mərhələdə, stansiyalardan yaxın məsafədə görünə bilər. Su-57-nin mühərrikləri təkmilləşdirildi, indi dərin modernləşmədən keçmiş yeni AL-41 mühərrikləri gəldi. İndi bu təyyarə beşinci nəslin bütün tələblərinə cavab verir”, – deyə Popov bildirib.

Mənbə: News.Ru