Pilot təyyarəni fırladıb və sərnişinlərə şimal işıqlarını göstəribbackend

Finnair pilotu sərnişinlərə Şimal işıqlarını göstərmək üçün təyyarəni döndərib.

Bu barədə RİA Novosti məlumat yayıb.

Agentliyin məlumatına görə, təyyarə Kuusamodan Helsinkiyə uçub. Təyyarədə olan sərnişinlərdən biri Kirsi Komi təbiət hadisəsinin fotolarını Twitter-də yerləşdirərək pilota təşəkkür edib.

“Bütün sərnişinlərin sehrdən həzz alması üçün qrafikdən kənar 360 dərəcə havada dönmə həyata keçirən Kuusamodan Helsinkiyə gedən AY488 reysinin kapitanına çox sağ olun”, – deyə Komi yazıb.

Mənbə: RİA Novosti

İctimai.az