Pirallahıda avtomobil reklam lövhəsinə çırpılıb, sürücü ölübbackend

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İctimai.az “Report”a istinadən xəbər verir ki, hadisə Pirallahı rayonunda qeydə alınıb.

Bakı şəhəri sakini, 1997-ci il təvəllüdlü Fərhad Natiq oğlu Qocayev “Mercedes-Benz” markalı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarında olan reklam lövhəsinə dəyib.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Pirallahı Rayon Polis İdarəsində cinayət işi başlanıb.