Polis Azərbaycanda 17 yaşlı qızın ana olması ilə bağlı məsələni nəzarətə götürdübackend

Daxili İşlər Nazirliyi Ağdam rayonunda yaşayan 17 yaşlı qızın ana olması məsələsinə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, iyunun 23-də Ağdam rayon Quzanlı qəsəbə sakini olan 17 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.

Məlumatla əlaqədar Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.