Polis dizayner çantasını oğurlayan şahzadə Harrini axtarırbackend

Dizayner çantasının oğurlanması ilə əlaqədar olaraq Hertfordşir polisi şahzadə Harriyə çox bənzəyən kişi axtarır.

Bu barədə “Mirror” məlumat yayıb.

Hertfordshire polisi qırmızı saqqallı şəxsin avtomobildən içərisində noutbuk, qulaqlıq, sərt disk və digər qiymətli əşyalar olan Louis Vuitton çantasını oğurladığını göstərən CCTV görüntülərini yayımlayıb.

“Uotfordda baş verən oğurluqdan sonra müəyyən etmək istədiyimiz şəxsin şəklini dərc etmişik. Cümə günü, martın 10-u axşam saat 20:30-dan 23:15-ə qədər avtomobil sındırılıb, arxa şüşəsi sındırılıb və içərisində Macbook, Apple qulaqlıqları və sərt disk olan Louis Vuitton çantası oğurlanıb”, polis sosial şəbəkədə bildirib. 

İctimai.az