Polis İsrailin San-Fransiskodakı konsulluğunda Fələstin tərəfdarı olan fəalları saxlayıbbackend

Amerika polisi İsrailin San-Fransiskodakı konsulluğunun foyesini zəbt edən fələstinli fəalları saxlayıb. Bu barədə Associated Press məlumat yayıb.

Əldə olan məlumata görə, məhbusların sayı 50-yə çata bilər. Fələstin tərəfdarları səhər tezdən İsrail konsulluğuna gəliblər. Onlar könüllü olaraq diplomatik qurumun foyesini tərk etməyəcəklərini bildiriblər.

Polis bir neçə dəfə fəallardan konsulluğun foyesini boşaltmağı tələb etsə də, onlar bundan imtina ediblər. Bir neçə saat davam edən qarşıdurmadan sonra polis həbslərə başlayıb.

Mənbə: A Haber