Polis xüsusi təyinatlıları Tbilisidə parlament binası yaxınlığında etirazçıları kütləvi şəkildə saxlamağa başlayıb. Bu barədə TASS məlumat yayıb.
Hüquq-mühafizə qüvvələri etirazçıları Rustaveli prospektindən çıxarmağa məcbur edib. Onlar həmçinin 9 aprel və parlament binasının üstündə yerləşən Çiçinadze küçələrini etirazçılardan təmizləyiblər.
Mövcud məlumata görə, xüsusi təyinatlılar xeyli sayda etirazçını saxlayıb.
Mənbə: TASS