Polisin axtardığı şəxs aeroportda tutuldu – FOTObackend

Heydər Əliyev Beynəlxalq Hava limanında axtarışda olan şəxs saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, barəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri (Dələduzluq) ilə axtarış elan edilmiş Sərxanlı Ceyhun İslam oğlu hava limanı ərazisində tutulub.

O, aidiyyəti üzrə təhvil verilib.

C.Sərxanlının ətrafında araşdırmalar aparılır.