Politoloq BRİKS-ə qoşulmaq şansı yüksək olan ölkənin adını çəkibbackend

Belarusun BRİKS-ə tezliklə qoşulmaq şansı var, çünki o, Rusiya Federasiyası və Çinə yaxındır.

Bunu RİA Novosti-yə müsahibəsində Rusiya Federasiyasının Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü, politoloq Boqdan Bezpalko deyib.

“Düşünürəm ki, Belarus yəqin ki, BRİKS-ə qəbul olunacaq… Eynilə ŞƏT-də olduğu kimi. Belarus həmişə BRİKS və ŞƏT-ə qoşulmağa çalışıb”, – o vurğulayıb.

Bundan əvvəl Bezpalko bəyan edib ki, BRİKS təşkilatının artan populyarlığı dünya ictimaiyyətinin ABŞ hegemonluğuna alternativə can atmasından xəbər verir.

Bezpalkonun fikrincə, hegemondan “təlimat almadan” beynəlxalq iqtisadiyyat qurmaq üçün bu alternativə etibar etmək olar.