ABŞ prezidenti Donald Tramp Rusiya və Çinə İrana zərbə endirmək əmrini hədiyyə edib.
Bunu “Focus” jurnalına müsahibəsində politoloq Yozef Braml deyib.
“Bu bir çox ölkələrin, xüsusən də qlobal Cənub nümayəndələrinin gözündə Qərbə olan inamı sarsıdır”, – ekspert bildirib.
Braml əlavə edib ki, Trampın siyasəti Rusiya və Çin üçün “taleyin hədiyyəsi” olub. Onun sözlərinə görə, İrana zərbələrin endirilməsi ABŞ-ın yaratdığı dünya nizamının legitimliyinə xələl gətirir.