Türkiyədə bələdiyyə seçkilərinin nəticələri müxalifətin gözləntilərini üstələdi və siyasi zəlzələ oldu. RİA Novosti-nin verdiyi məlumata görə, bunu Rusiya-Türkiyə münasibətləri üzrə ekspert Hakan Aksay deyib.
“Bu seçki sürprizlərlə doludur. Müxalifət iddialı idi və may ayına nisbətən daha uğurlu çıxış etmək niyyətində idi, lakin indiki nəticə müxalifətin gözləntilərindən qat-qat yüksək, hakimiyyətin gözləntilərindən aşağıdır. Bu seçkilər Türkiyə üçün siyasi zəlzələ və hətta sunamiyə çevrilib”, – deyə Aksay bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın 4-5 il ərzində Ədalət və İnkişaf Partiyasının əhəmiyyətli seçici dəstəyini itirdiyi bələdiyyə seçkilərində aşkar edilən səhvləri partiyası və hökumətinin düzəldəcəyini bildirib.
Mənbə: RİA Novosti