Polşa ABŞ-ın Kiyevə yardımını dayandırmasından danışıbbackend

ABŞ müttəfiqləri ilə məsləhətləşmədən Ukraynaya yardımı dayandırmaq qərarına gəlib.

TASS xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Pavel Vronski bildirib.

“Qərar nə NATO, nə də Ukraynanı dəstəkləyən Ramşteyn qrupu ilə müzakirə və məsləhətləşmədən qəbul edilib.

Martın 3-də Reuters agentliyi ABŞ hakimiyyətinin Ukraynaya bütün hərbi yardımı dayandırmaq qərarına gəldiyini bildirib. Bu məlumatı Ağ Ev də təsdiqləyib və qərarını münaqişənin sülh yolu ilə həllinə töhfə vermək üçün dəstək tədbirlərinə yenidən baxılması zərurəti ilə izah edib.