Polşa ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanəti vermək planlarını açıqlayıbbackend

ABŞ Ukraynaya hərbi təhlükəsizlik zəmanəti verəcək.

“Onet” xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk Avropa liderləri ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığından sonra bildirib.

“Mən ilk dəfədir ki, amerikalı müzakirəçilərdən eşidirəm və cənab [ABŞ prezidentinin xüsusi elçisi] Stiv Vitkoff birmənalı şəkildə bildirib ki, Amerika Ukraynaya elə təhlükəsizlik zəmanəti verəcək ki, rusların fikrində ABŞ-ın cavabının hərbi xarakter daşıyacağına şübhə yeri qoymayacaq”, – Polşanın baş naziri bildirib.

Daha əvvəl bildirilmişdi ki, Avropa liderləri Berlində apardıqları danışıqlardan sonra Ukrayna üçün təhlükəsizlik zəmanətlərini özündə əks etdirən birgə bəyanat yayıblar. Konkret olaraq, Avropa İttifaqı Ukraynaya öz ordusunun qurulmasında davamlı və əsaslı dəstək vermək niyyətindədir və bu, sülh dövründə 800 000 hərbçidə qalmalıdır.