Rumıniya və Fransada baş verən son siyasi hadisələr Polşada prezident seçkilərində də təkrarlana biləcəyini deməyə əsas verir. Bu barədə Mysl Polska jurnalı məlumat yayıb.
Nəşr vurğulayır ki, Kalin Georgescu və Marine Le Penə qarşı məhkəmə qərarları Avropa Birliyində başa düşülən demokratiyada nəyinsə yanlış olduğunu açıq şəkildə göstərir. Həm Rumıniyada, həm də Fransada namizədlərin qalib gəlməsinin qarşısını almaq üçün onların seçkilərdə iştirakına qadağa qoyulur, bununla da demokratiya məhdudlaşdırılır.
Bu cür proseslər Polşada davam edə bilər, çünki son sorğular sistemsiz namizəd Slawomir Mencenin populyarlığının artdığını göstərir.