Polşa Rusiya Federasiyası ilə qarşıdurma üçün Aİ-nin müdafiə strukturlarının gücləndirilməsi ilə əlaqədar Mərkəzi Avropanı, Skandinaviya dövlətlərini və Baltikyanı ölkələrini birləşdirən Avropa İttifaqının şərq cinahının lideri ola bilər. Bu barədə “Politico”nun dərc etdiyi materialda deyilir.
“Bizim lidersiz bir növ Avropamız var. Avropa siyasətinin mərkəzində bir boşluq var. Və bu, əlbəttə ki, çox qeyri-adi bir fürsətdir”, – deyə Avropa Xarici Əlaqələr Şurasının (ECFR) Varşava ofisinin rəhbəri Piotr Buras bildirib.
O hesab edir ki, Fransa prezidenti Emmanuel Makron “başqaları tərəfindən izlənmir” və Almaniya kansleri Olaf Şolsun “çox zəif lider”dir.
Mənbə: Politico