Polşa Aİ-nin taxıl istehsalçılarına əlavə pul ödəməsi qadağasından çıxmaq üçün yol tapıb

Polşanın Kənd Təsərrüfatı və Kənd İnkişafı Naziri Robert Telyus “Super Ekspress”ə müsahibəsində Varşavanın Avropa Birliyinin taxıl istehsalçılarına əlavə ödənişlə bağlı qadağasından yan keçməyin yolunu tapdığını deyib.

Bundan əvvəl Telyus yeni məhsula qədər Polşadan təxminən 4 min tona yaxın buğda ixrac edilməli olduğunu, lakin fermerlərin maya dəyərinin aşağı olduğuna görə taxılını satmağa tələsmədiyini bildirib. Ukraynadan kütləvi taxıl idxalı qiymətlərin aşağı düşməsinə səbəb olub.

Polşa hökuməti fermerlərə satılan hər ton üçün 1400 zloti (təxminən 333 dollar) ödəməklə onları taxıl satmağa təşviq etmək qərarına gəlib.

İctimai.az

Oxşar xəbərlər