Polşa Almaniya və Litva ilə müvəqqəti sərhəd nəzarəti tətbiq edirbackend

Polşanın baş naziri Donald Tusk ölkəsinin Almaniya və Litva ilə müvəqqəti sərhəd nəzarəti tətbiq etdiyini bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.

“Biz Polşa ilə Almaniya və Polşa ilə Litva arasındakı sərhəddə nəzarəti müvəqqəti yeniləməyə qərar verdik”, – Tusk bildirib.

Onun sözlərinə görə, sərhəd nəzarətinin tətbiqi Polşa vətəndaşları üçün “hər hansı mümkün mənfi nəticələri” minimuma endirməyə imkan verəcək. Sərhədin mühafizəsi vəzifəsi sərhədçiyə və digər xidmətlərə həvalə olunur.

Bundan əvvəl Baltikyanı ölkələr – Estoniya, Litva və Latviya BMT üzvlərinə piyada əleyhinə minaların yayılmasını qadağan edən Ottava Konvensiyasından çıxmaları barədə məlumat vermişdilər.