Polşanın Minskdəki səfirliyi öz vətəndaşlarını dərhal Belarusu tərk etməyə çağırıb. Müvafiq bəyanat Polşa hökumətinin saytında dərc olunub.
Diplomatik nümayəndəlik həmçinin Polşa vətəndaşlarından “vəziyyətin gərginləşməsi, regionda davam edən müharibə və polşalıların dəfələrlə özbaşına həbsləri səbəbindən” Belarusa “hər hansı səfərdən çəkinməyi” xahiş edib.
Bundan başqa, səfirlik bəyan edib ki, “təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi, sərhədlərin bağlanması və ya digər gözlənilməz hallar zamanı evakuasiya əhəmiyyətli dərəcədə çətinləşə və ya hətta qeyri-mümkün ola bilər”.