Polşa Belarusla sərhəddə elektron sədd çəkirbackend

Polşa Belarusla bütün sərhəddə elektron maneə adlandırılan videomüşahidə və hərəkət sensorları olan monitorinq sisteminin quraşdırılmasını başa çatdırıb.

Bu barədə ölkənin daxili işlər naziri Tomaş Siemonyak TVN24 telekanalının efirində məlumat verib.

Onun sözlərinə görə, iyulun 20-də Polşa-Belarus sərhədinin bütün hissəsi boyunca elektron maneənin tikintisi başa çatıb.