Polşa “Qərb-2025” Rusiya-Belarus hərbi təlimləri ilə əlaqədar sentyabrın 11-də Belarusla sərhədini bağlayacaq.
Bu barədə Polşanın baş naziri Donald Tusk hökumətin iclasını açarkən bildirib.
“Dövlət təhlükəsizliyinin maraqlarına əsaslanaraq, biz Belarusla sərhədi, o cümlədən dəmir yolu keçidlərini cümə axşamı gecə yarısı – cümə axşamından cümə gününə kimi bağlayacağıq”, – Tusk bildirib.
Sentyabrın 5-də Polşanın baş naziri Donald Tusk bildirib ki, respublika “Qərb-2025” təlimləri ilə əlaqədar Belarusa qarşı “xüsusi tədbirlər” görəcək.
Varşava bu təlimləri Polşaya hücum üçün təlim hesab edir.