Polşa dəmiryol relslərində törədilən təxribatdan sonra Belarusa tələblər irəli sürübbackend

Polşa Belarusdan dəmir yolunda partlayış törətməkdə şübhəli bilinən Ukrayna vətəndaşlarının ekstradisiyasını tələb edib.

Bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Maçey Vievur bildirib.

“Dünən Belarusun müvəqqəti işlər vəkili təxribatda şübhəli bilinən iki ukraynalının ekstradisiyasını tələb edən nota alıb.

Noyabrın 17-də Polşanın Mazowieckie Voyevodalığının polisi Ukraynaya gedən Deblin-Varşava dəmir yolu xəttinə ziyan vurulması barədə məlumat verib.