Polşanın hazırladığı “Vistula” hava və raketdən müdafiə sistemi ilkin əməliyyat hazırlığına gəlib.
Bu barədə Polskie Radio məlumat yayıb.
Qeyd olunur ki, dekabrın 19-da günorta saatlarında baş nazirin müavini və Milli Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosinyak-Kamış bu məsələ ilə bağlı hesabat qəbul edəcək. Bu, Vistula sisteminin bir hissəsi olan “Patriot” buraxılış sistemlərinin cəlb olunacağı hərbi təlimlər zamanı Soçaçevdəki raket bölməsinin ərazisində baş verəcək.
“Patriot” buraxılış qurğularının iki batareyası ilkin əməliyyat hazırlığına gəlib. Bu qurğular Polşa tərəfindən ABŞ-dan alınmış və bir neçə il ərzində respublikanın raket bölmələrinə verilmişdir. Dəyəri bir neçə on milyardlarla zlotı olan müqavilə 2018-ci ildə imzalanıb.