Polşa korrupsiya ittihamları ilə bağlı Ukrayna ilə danışıqları ləğv edibbackend

Polşa Ukrayna ilə mayın 14-nə planlaşdırılan kənd təsərrüfatı məsələləri üzrə danışıqları bir sıra ukraynalı müzakirəçilərə qarşı irəli sürülən korrupsiya ittihamlarına görə ləğv edib.

Bunu Polşanın “Dziennik Gazeta Prawna” nəşrinə müsahibəsində Polşanın kənd təsərrüfatı nazirinin müavini Mişal Kolodziejçak deyib.

“Həmin tərəfin bəzi nümayəndələri korrupsiyada ittiham olunduğu üçün danışıqlar dayandırılıb. Danışıqların növbəti raundunu mayın 14-nə planlaşdırdıq, lakin o, ləğv edildi”, – Kolodziejçak bildirib.

Polşanın yüksək rütbəli rəsmisinin sözlərinə görə, Varşava korrupsiya cinayətlərində şübhəli bilinən Kiyev rəsmiləri ilə dialoq aparmaq niyyətində deyil. Kolodziejçak bu məsələdə Polşa hökumətinin prinsipial mövqeyini vurğulamışdır.

Mənbə: Sputnik