Polşa Macarıstan səfirini Aİ-yə sədrlik mərasiminə dəvət etməyibbackend

Polşanın xarici işlər naziri Radoslav Sikorski Macarıstanın Varşavadakı səfirini Polşanın Aİ Şurasına sədrliyinin başlaması münasibətilə keçiriləcək mərasimə dəvət etməmək qərarına gəlib.

Bu barədə TVP İnfo-ya Aİ məsələləri üzrə nazir müavini Maqdalena Sobkovyak-Çarneçka bildirib.

“Biz bütün diplomatik korpusu dəvət etdik, lakin cənab nazir Sikorski Macarıstan səfirinə nota göndərdi ki, onun iştirakı arzuolunan deyil”.

Bildirilib ki, 2025-ci ilin yanvarından Aİ-yə sədrlik edən Polşa və Avropa Komissiyasının yeni tərkibi Rusiyanın mayeləşdirilmiş təbii qazına (LNG) və nüvə sənayesinə qarşı yeni genişləndirilmiş sanksiyalar hazırlamağı planlaşdırır.