Polşa prezidenti Andjey Duda bildirib ki, NATO alyansın yanacaq boru kəmərlərini şərq sərhədlərinə qədər uzatmağı planlaşdırmağa başlayıb.
Bu barədə RİA Novosti məlumat yayıb.
Duda NATO-nun baş katibi Mark Rutte ilə görüşdən sonra deyib: “Biz bir müddətdir NATO-da qaldırdığım məsələlər, o cümlədən NATO-nun hələ Soyuq Müharibə dövründə uzun illər əvvəl tikdiyi yanacaq boru kəmərləri haqqında danışdıq”.