Polşa hakimiyyəti prezident iqamətgahlarından biri olan Varşavada Belvedere sarayı üzərində pilotsuz təyyarə ilə uçan Ukrayna vətəndaşını deportasiya edir.
Bu barədə yerli RMF 24 radiostansiyası məlumat yayıb.
“Varşavada prezident iqamətgahı və hökumət binaları üzərində pilotsuz uçan aparatı idarə edən Ukrayna vətəndaşı Aviasiya Qanununu pozmaqda ittiham olunub”, – deyə məlumatda bildirilir.
Prokurorluq 21 yaşlı gəncin ölkədən deportasiyası üçün Sərhəd Mühafizəsinə vəsatət qaldırıb. Onun deportasiyası barədə qərar qəbul edilib. Ukraynalı sərhəd keçid məntəqəsinə aparılacaq və oradan sərhədi keçməsi tələb olunacaq.