“Konfederasiya”dan Polşa prezidentliyinə namizəd Slavomir Menzen Rusiya lideri Vladimir Putinlə razılaşmanın zəruriliyini bəyan edib.
Onun sözlərini Onet portalı sitat gətirir.
O hesab edir ki, Ukraynadakı münaqişəni dayandırmaq üçün “Putinlə hansısa yolla razılığa gəlmək lazımdır”.
Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında Ağ Evdə baş verən son qalmaqala münasibət bildirən o, bildirib ki, Ukrayna rəhbəri əvvəlcədən yerinə yetirilməsi mümkün olmayan şərtlər irəli sürməklə vəziyyəti çətinləşdirir.
Bundan əvvəl Polşa prezidentliyinə digər namizəd, müxalif siyasətçi Karol Navroçki Rusiya ilə diplomatik münasibətləri kəsməyə çağırıb. Onun sözlərinə görə, Rusiya ilə diplomatik əlaqələr saxlamaq “Polşa üçün faydalı deyil”.