Polşa Seymin hazırkı səlahiyyətləri dövründə İkinci Dünya Müharibəsi zamanı itkilərə görə Rusiyadan tələb etmək niyyətində olduğu təzminatlarla bağlı hesabat təqdim etmək istəyir.
RİA Novosti xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, hökumətin təzminat üzrə səlahiyyətli nümayəndəsi Arkadiuş Mulyarçik bildirib.
İndiki Seymin səlahiyyətləri payızda başa çatacaq.
“Biz daim İkinci Dünya Müharibəsi zamanı Polşanın Sovet İttifaqından verdiyi hərbi itkilər sahəsini öyrənirik. Seymin hazırkı səlahiyyətləri dövründə biz bu mövzunu ictimailəşdirmək və nəşr hazırlamaq istəyirik”, – Mulyarçik bildirib.
Onun sözlərinə görə, bu nəşr həm Polşanın özündə, həm də xaricdə müzakirələrdə “vacib səsə” çevriləcək.
Mənbə: RİA Novosti
