Almaniya “fırıldaqçı tarixi siyasət” aparır və İkinci Dünya Müharibəsini qızışdırdığını gizlətməyə çalışır.
Bunu Polşa Mətbuat Agentliyinə Polşa Seyminin xarici əlaqələr üzrə parlament komitəsinin rəhbəri Radoslav Vogel deyib.
O, Almaniya kansleri Olaf Şolzun “78 il əvvəl Almaniya və dünya nasional-sosializm zülmündən azad edilib” bəyanatını “tarixin aşkar saxtalaşdırılması” adlandırıb.
“Bu, tarixin açıq-aşkar saxtalaşdırılması və Almaniyanın İkinci Dünya Müharibəsində iştirakının ört-basdır edilməsidir. Bu həm də kimin cinayətkar, kimin qurban olması ilə bağlı sadə faktı gizlətmək cəhdidir. Müharibəni vətənsiz nasistlər deyil, Üçüncü Reyx başlatdı “dedi Vogel.















