Polşa ordusu hazırda ənənəvi müharibə üçün təlim keçdiyindən müasir silahlı münaqişələrə hazır deyil. Bu barədə “The Washington Post” qəzeti Polşa müdafiə nazirinin müavini Pavel Zalevskiyə istinadən məlumat yayıb.
Zalevski qeyd edib ki, döyüşdə daha ucuz vasitələrin, məsələn, pilotsuz uçuş aparatlarının istifadəsi çox uğurludur və daha bahalı ənənəvi silahlara nisbətən əhəmiyyətli üstünlük təşkil edir.
2 yanvarda Polşa hakimiyyətinin 2026-cı ildə 300.000 nəfərə qədər insanı hərbi xidmətə və təlimə çağıracağı bildirilib.














