Polşa Slovakiyanın Rusiyaya xüsusi reysinə icazə verməməsini izah edibbackend

Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski bildirib ki, Polşa Slovakiya parlamentinin nümayəndə heyətini daşıyan təyyarənin öz hava məkanından Rusiyaya uçmasına icazə verməkdən imtina etməyib.

Bu barədə TASS məlumat yayıb.

O vurğulayıb ki, Slovakiya tərəfi Varşavaya “şifahi qeyd olmadan natamam sənədlər” göndərib. Məlumatı yeniləməyi xahiş etdikdə, Bratislava marşrutun dəyişdirildiyini bildirdi.

Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış bir gün əvvəl TVP Info-da keçirdiyi brifinqdə Moskvaya uçmağı tövsiyə edib.

O əlavə edib ki, Polşa-Slovakiya münasibətləri yaxşı inkişaf edir və ölkələr müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş imzalamağa hazırlaşır.