ABŞ prezidenti Donald Trampın Aİ ölkələrindən gələn mallara gömrük rüsumunun tətbiqi ilə bağlı açıqlamalarından qorxmağa dəyməz.
Bunu Polşanın baş naziri Donald Tusk X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi videomüraciətdə bildirib.
“Yəqin ki, siz prezident Trampın Polşa da daxil olmaqla Aİ-yə yüksək tariflər tətbiq etmək vədlərindən narahatsınız. Narahat olmaq üçün bir şey var, amma qorxmaq lazım deyil”, – deyə o qeyd edib.
Tusk vurğulayıb ki, Polşa “qorxmadan fərqli ssenarilərə” hazırdır. O əlavə edib ki, ölkə iqtisadiyyatı rekord artım nümayiş etdirir.
Fevralın 1-də Tramp Aİ-nin ABŞ-la “dəhşətli” davrandığına görə Avropa mallarına rüsumlar tətbiq edəcəyini bildirib.