Polşa millətçiləri hökumətdən Ukrayna ilə rüsumsuz ticarət sazişinin uzadılmasının qarşısını almağı tələb edirlər. Bu barədə RİA Novosti məlumat yayıb.
Millətçilər və avroskeptiklər koalisiyasından olan deputat Vitold Tumanoviç Polşa Seymində bildirib ki, mayın 8-də Avropa Parlamenti Avropa Komissiyasının Ukrayna ilə rüsumsuz ticarətin 2028-ci ilə qədər uzadılmasını nəzərdə tutan təklifini birinci oxunuşda qəbul etməlidir.
“Biz bu cür razılaşmalara veto qoyulmasını tələb edirik. Mən bilmək istərdim ki, hökumət bu dağıdıcı sazişi davam etdirməmək üçün hansı tədbirlər görür”, – Tumanoviç bildirib.