Polşa Ukrayna ilə sərhəddəki hava məkanını bağlayıbbackend

Reuters agentliyinin FlightRadar24 məlumatlarına istinadən verdiyi məlumata görə, Polşanın cənub-şərqi üzərindəki hava məkanı son bir neçə saatdır ki, bağlanıb.

Agentlik səbəb göstərməyib.

Bu arada, Polşa Silahlı Qüvvələrinin qollarının əməliyyat komandanlığı X sosial media platformasında ölkənin hərbi təyyarələrinin Ukraynadakı iddia edilən Rusiyanın “fəaliyyəti” səbəbindən havaya qalxdığını bildirib. Bundan əlavə, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat vasitələri həyəcan vəziyyətinə gətirilib.

Polşa ordusu bu tədbirlərin profilaktik olduğunu və ölkə sərhədlərinin təhlükəsizliyini təmin etməyə yönəldiyini iddia edir.