Polşa baş nazirinin müavini və Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış bildirib ki, ölkə hakimiyyəti öz dövlətinin ərazisində ukraynalı hərbçilərə təlim keçəcək, lakin öz təlimatçılarını Ukraynaya göndərmək niyyətində deyil.
O, bu barədə Polskie Radio radiostansiyasında bildirib.
“Bu baxımdan heç nə dəyişməyəcək. Mən bilirəm ki, bəzi dövlətlər Ukraynaya hərbi təlim missiyası göndərmək istəyirdilər. Mənim mövqeyim belədir: biz artıq Polşada 20 mindən çox ukraynalı əsgərə təlim keçmişik. Hər şey yaxşı gedir və biz bunu davam etdirəcəyik”, – Kosinyak-Kamış bildirib.
Onun sözlərinə görə, NATO-nun Vaşinqtonda keçirilən sammitinin yekunlarına əsasən, alyans Ukraynaya yardım üçün daha çox öhdəlik götürmək niyyətindədir.
Mənbə: Sputnik